Mastopatiya

30.11.2018

Süd vəzilərində menstruasiya öncəsi ağrılar, həcminin böyüməsi, yüngül şişkinlik kimi əlamətlər mastopatiyadan xəbər verə bilər. 
Mastopatiyanın müalicəsi və profilaktik tədbirləri haqqında hər bir qadın məlumatlı olmalıdır. Vaxtında görülən tədbirlər bir çox problemlərin qarşısını ala bilər. Həmçinin bu xəstəlik digər ciddi xəstəliklərin (onkoloji xəstəliklər daxil olmaqla) yaranmasına gətirib çıxara bilər.
Mastopatiya süd vəzinin digər xəstəliklərinə nisbətdə qorxulu xəstəlik deyil. Vaxtında həkimə müraciət edildiyi halda, çox uğurla müalicə olunur. 
Adətən mastopatiyanın əlamətləri dövrü xarakter daşıyır və buna görə də, qadınlar bu əlamətləri çox vaxt dövrü ağrılar kimi qəbul edib ciddiyə almırlar.
Mastopatiyanı necə müəyyən etmək olar?
Mastopatiya – süd vəzinin xoşxassəli xəstəliyidir. Adətən süd vəzində ağrılar, formasının dəyişməsi ilə müşaiyət olunur. Mastopatiya süd vəzinin ən geniş yayılmış xəstəliyidir. Statistikaya görə, bu xəstəlik reproduktiv yaş dövründə olan qadınların 60-90% də olur.

Mastopatiyanın ən əsas əlamətləri:
✅süd vəzində ağrılar, döşə toxunduqda ağrı hissi;
✅süd vəzinin həcminin böyüməsi;
✅döşün şişməsi.

Risk faktorları:
✅ana tərəfdən qohumlarda süd vəzilərində xoşxassəli və ya bədxassəli şişlərin olması;
✅endokrinoloji xəstəliklərin olması;
✅tez-tez keçirilən stress;
✅artıq çəki;
✅40-dan artıq yaş;
✅abort və ya hamiləliyin yarıda kəsilməsi halları;
✅30 yaşa qədər doğuşun olmaması;
✅doğuşdan sonra uşağı əmizdirməmək; qısa dövrdə, ya da iki ilə yaxın dövrdə əmizdirmə.

 

Son məqalələr