STOMATİT

30.11.2018

Stomatit - ağız boşluğunun selikli qişasının iltihabıdır.
Bu xəstəliyə həm uşaqlarda, həm böyüklərdə çox tez-tez təsadüf edilir. Stomatit zamanı ağız boşluğunun selikli qişasında kiçik ağrılı yaralar əmələ gəlir.

Stomatitin səbəbləri müxtəlif ola bilər:
✔ Bakteriyalar stomatitin inkişafına səbəb olur. Bu gigiyena qaydalarına riayət etməməsi, immun sisteminin zəifləməsi, ağız boşluğu selikli qişasının travmaları (dişlədikdə, diş yuduqda və s.) zamanı mümkündür.
✔Göbələk infeksiyası (uşaqlarda tez-tez təsadüf edilir).
✔Virus (əsasən herpes virusu).
✔Allergiyalar (qidaya, diş pastasına qarşı) da stomatitin tez-tez inkişafına səbəb ola bilər.
✔Bəzi xəstəliklər (leykemiya, Bexçet sindromu və s.), B qrupu və C vitaminlərinin çatışmazlığı da stomatitin inkişafına səbəb ola bilər.
✔ Bəzi dərman preparatlarının uzun müddət ərzində qəbulu stomatitin inkişafına səbəb ola bilər: antibiotiklər, epilepsiya əleyhinə preparatlar, xərçəng xəstəliyinin müalicəsində istifadə olunan dərmanlar və s.

Stomatitin simptomları:
✔Ağızın selikli qişasında ağrılı xoralar (1 mm-dən 10 mm kimi).
✔Qida qəbulu və danışıq zamanı ağrılar və diskomfort.
✔Ağızın selikli qişasının qızarması.
✔Ağızdan pis qoxu.
✔Bəzən hərarətin yüksəlməsi.

❗Əgər stomatit yüksək hərarət, dəridə suluqların əmələ gəlməsi və s. simptomlarla müşayiət olunarsa mütləq həkimə müraciət etmək lazımdır.

Stomatitin müalicəsi bu xəstəliyin səbəbindən asılıdır. Müalicə zamanı yerli və ümumi müalicə təyin olunur.

Son məqalələr