Ultrasəs müayinəsi haqqında tez-tez verilən suallar

30.11.2018

❓Tez-tez USM-dən keçmək ziyandırmı?
❗Bu üsul uzun illərdir ki tətbiq olunur, olduqca yaxşı öyrənilib və insan orqanizminə mənfi təsir göstərmədiyi sübut olunub. Heç bir “zərərli şüalanma”dan söhbət belə gedə bilməz. USM datçiki ilə təmasda olan sahələrin temperaturunun cuzi artması mümkündür, lakin bu da tam təhlükəsizdir. Müxtəlif illərdə bir çox ölkələrdə keçirilən ciddi araşdırmalar nəticəsində USM-nin ana bətnindəki uşağın sağlamlığı üçün də təhlükəsiz olduğu sübut olunmuşdur: USM heç bir patologiyanın, törəmənin və ya digər dəyişikliyin səbəbi ola bilməz. 
❓USM-də bütün orqanlar görünürmü?
❗Xeyr. İnsan orqanizmində boşluqlu orqanlar var ki, onların ultrasəslə müayinəsi mümkün deyil. Məhz bu səbəbdən mədə qastroskopiya, bağırsaqlar kolonoskopiya, ağ ciyərlər rentgen və s. üsulları ilə müayinə olunur. Sümüklər də ultrasəslə müayinə oluna bilməz, bunun üçün rentgen və ya MRT üsulu tətbiq olunur.
❓Həkim USM-də səhv edə bilərmi?
❗Əlbəttə. Hər şey həkimin ixtisas dərəcəsindən asılıdır. USM üçün dəqiq protokollar vardır, lakin nəticələri təhlil edən həkimlər bəzən radioloqların buraxdığı ciddi səhvlərlə üzləşirlər. Məsələn, hamilə qadının ilk dəfə skrininq müayinəsində yaxalıq zonası ölçülmür, və ya iki fərqli həkimin nəticələrində öd kisəsindəki daşların sayı və ölçüləri fərqlənir və s. USM indi hər yerdə var, böyük klinikalardan tutmuş gözəllik salonlarına qədər, lakin unutmaq olmaz ki, ən əsası savadlı mütəxəssis tapmaqdır. 


❓Müayinəyə hazırlıq lazımdırmı?
❗Bu, müayinə apalıcaq orqandan asılıdır. Qalxanabənzər vəzi, limfa düyünləri, böyrəklər, oynaqlar və damarların müayinəsi üçün xüsusi hazırlıq tələb olunmur. Həzm sistemi orqanlarının müayinəsinə pasiyentin acqarnına gəlməsi lazımdır. Bundan əlavə, müayinəyə bir neçə gün qalmış köp əmələ gətirən yeməklərdən imtina etmək lazımdır – ağ çörək, kələm, üzüm, süd və s. Bəzi hallarda kiçik çanaq orqanlarının müayinəsi üçün sidik kisəsinin dolu olması lazımdır. Şəkərli diabetdən əziyyət çəkən xəstələrə, uşaqlara su, çay içməyə icazə verilir.
❓Dişləri yumaq, siqaret çəkmək olarmı?
❗Dişləri yumaq olar, bu müayinə nəticələrinə heç bir təsir göstərməyəcək, nikotin isə təsir edə bilər, məsələn öd kisəsi və ya damarların müayinəsi zamanı.
Bəzən radioloqlar pasiyentlərə qarın boşluğundakı qazları aradan götürən preparatlar məsləhət görə bilərlər. Pasiyentin qəbul etdiyi digər preparatlar isə adi qaydada qəbul olunur, yalnız həkimi məlumatlandırmağı unutmamaq lazımdır. 
❓Müayinənin keçirildiyi vaxtın əhəmiyyəti varmı? 
❗USM istənilən vaxt aparıla bilər, lakin bəzi hallarda müayinə ac qarnına keçirilməli olduğundan səhər saatlarına salınır. Süd vəzilərin müayinəsi zamanı müayinə menstrual siklin ilk fazasında keçirilir – yəni ilk həftə ərzində. Bu prinsipial olmasa da, olduqca vacibdir.