LOR həkiminə tez-tez verilən suallar

26.02.2019

Sual: Uşaqların qulaqlarının gigiyenası necə olmalıdır?

Cavab: Qulaq özü təmizlənən orqandır və əlavə təmizlənməyə ehtiyac duymur. Qulaqlar yalnız xaricdən təmizlənməli. Qulaqlara hər hansı əşyalar daxil edilməməli, dərman preparatlarından isə yalnız LOR həkimin icazəsi ilə istifadə olunmalıdır.

 

Sual: Niyə bəzi uşaqların qulaqları daha tez-tez ağrıyır?

Cavab: Qulaq ağrılarının səbəbləri müxtəlif ola bilər, adətən:

• qulaq tıxacı

• xarici eşitmə yollarında kəskin infeksiya

• qulaq pərdəsinin kəskin infeksiyası

• orta qulağa mayenin yığılması

Problemin araşdırılması üçün uşağın qulaqlarına baxılmalıdır. Qulaq ağrısına qeyri-ciddi yanaşmaq olmaz, bu bir sıra ciddi xəstəliklərlə nəticələnə bilər. 

 

Sual: Uşağı qulaq infeksiyalarından necə qorumaq olar?

Cavab: Qulaq infeksiyalarının əksəriyyətindən qorunmaq üçün qulaqların gigiyenası qaydalarına riayət etmək kifayətdir: 

Çirkli suyun qulaqlara daxil olmamasına nəzarət etmək

Uşağı silkələməmək və heç bir halda, hətta zarafat naminə, zərbə yetirməmək, qulaqları dartmamaq

Ən cuzi qulaq ağrısı, qulaqdan ifrazat, eşitmənin zəifləməsi kimi hallar həkimə müraciət etmək üçün səbəbdir

Uşaqlara qulaqlara hər hansı əşyanın salınmasının nə kimi fəsadlarla nəticələnə biləcəyini başa salmaq

 

Sual: Qulaq ağrısından azad olmaq üçün xalq təbabi reseptlərindən istifadə etmək olarmı?

Cavab: Yox, qətiyyən!  Çünki bu, xarici eşitmə yolunun qıcıqlanmasına və orta qulağın infeksiyalaşma gətirib çıxar bilər. 

 

Sual: Qulaq həkiminə nə zaman müraciət etmək mütləqdir?

Cavab: Aşağıdakı simptomlarda:

qulaqda ağrı;

qulaqdan ifrazat;

eşitmənin zəifləməsi;

uşağın danışıq qabiliyyətində probemlər mövcuddursa;

sizin dediklərinizi uşaq tam aydın olaraq anlamırsa

 

Sual: Yüksək səs olan yerdə olmaq nə dərəcədə ziyandır?

Cavab: Eşitmə üçün ziyan həm səsin gücündən, həm də bu təsirin davamiyyətindən asılıdır. Yüksək səsdən mühafizə vasitələrindən, məsələn qulaq üçün xüsusi tıxaclardan (beruşilərdən) istifadə etmək lazımdır.

 

Sual: Yüksək səslə musiqiyə qulaq asmağı xoşlayıram. Doğrudanmı bu vərdiş təhlükəli ola bilər?

Cavab: Uzun müddətli intensiv (yüksək) səsin təsiri nəticəsində eşitmənin zəifləməsi riski olduqca artır. Qulaqcıqlardan istifadə edərkən səsi maksimuma qaldırmamağa, fasilələr etməyə çalışın.

 

Sual: Qulaq çöplərindən istifadə etmək ziyandırmı?

Cavab: Qulaq çöplərindən istifadə edərkən biz bilmədən kiri qulağımızın daxilinə ötürürük. Çirkin bir hissəsi pambığın ucunda xaric olunsa da, daha böyük bir hissə çöpün köməyi ilə qulağımızın daxilinə itələnir. Qulaq kirinin antibakterial, göbələyə qarşı müdafiə funksiyası var. Onun təmizlənməsi qulağı müdafiəsiz qoyur, dərisini qurudur, nəticədə qaşınma yaranır. Bir müddət sonra bu eşitmə problemləri ortaya çıxarır. Qulaq çöplərindən istifadə hətta qulaq pərdəsinin deşilməsi ilə də nəticələnə bilər.

Dr. Yaşar Qaçabəyov, LOR həkimi

Son məqalələr