Bədən tərkibinin analizi

18.05.2020

Bədən tərkibinin Bioelektrik İmpedans Analizi (BIA) (bu üsul orqanizm toxumalarının bioelektrik müqavimətinin ölçülməsinə əsaslanır) müxtəlif  xəstəliklərin inkişafı və ya mövcudluğu riskini qiymətləndirməyə, insanın bioloji yaşını müəyyən etməyə, arıqlamanın optimal metodunu və fiziki yüklənmə səviyyəsini seçməyə, bu zaman isə çəkinin aşağı salınması və/yaxud əzələ kütləsinin artırılması proqramı üzrə bütün iş müddəti ərzində nəticələrin monitorinqini aparmağa imkan verir.

Pasiyent müayinənin nəticələrinə görə aşağıdakıların əks olunduğu protokolu əldə edir:

  • bədənin çəkisi;
  • sümük kütləsi (mineral): kq
  • əzələ kütləsi: kq
  • suyun miqdarı: %
  • yağın miqdarı: %
  • visseral (daxili) yağın miqdarı
  • bədən kütləsi indeksi – BMI (kq/m2): 18,5—24,99 normadır
  • əsas maddələr mübadiləsi – BMR ( tam sakitlik vəziyyətində orqanizmin sutka ərzində istehlak etdiyi  kilokalorinin miqdarı): kkal
  • bioloji yaş (orqanizmin  metabolizm səviyyəsi əsasında əsasında  hesablanır): 12-90 yaş
  • bədən quruluşunun tipi (yağın miqdarı ilə əzələ kütləsinin nisbəti): 1-dən 9-dək.

BƏDƏNİN TƏRKİBİNİN BİOİMPEDANS  ANALİZİ HANSI HALLARDA TƏLƏB OLUNUR?

Bioimpedans analiz tibbin müalicə, profilaktika, idman kimi müxtəlif sahələrində tələb olunan prosedurdur.

Prosedurun aparılmasına göstəriş kimi, insanda piylənmənin, hipertoniyanın, şəkərli diabetin, bədən kütləsinin çatışmamasının, zülal çatışmazlığının, qara ciyər sirrozunun, tənəffüs yollarının xroniki xəstəliklərinin, ürək-damar patologiyasının mövcudluğu ola bilər.

Bioimpedans səviyyəsinin ölçülməsinin çəkinin aşağı salınması proqramlarında proqramlarında yerinə yetirilməsi  tam zəruridir, çünki bu, əzələ yox, məhz yağ kütləsinin itkisini obyektiv qiymətləndirməyə imkan verir.

Bu, ciddi hazırlıq tələb etməyən tam ağrısız və təhlükəsiz prosedurdur.

Bioimpedans analiz bədən kütləsinin tərkibinin müəyyən olunmasının müasir aparat üsuludur. Qurğunun köməyi ilə insan orqanizmində əzələ, yağ, birləşdirici və digər toxumaların onların elektrik müqavimətinin müəyyən olunması hesabına onların miqdarı barədə məlumatı asanlıqla əldə etmək olar.

Göstərilən analiz diaqnostikanın sadə, tez, əlçatan, təhlükəsiz və ağrısız üsuludur. Bu cür tədqiqat məşqlərin səmərəliliyinin əyani surətdə qiymətləndirilməsi məqsədilə öz sağlamlıqlarına diqqət yetirən insanlara, habelə idmançılara  və piylənmədən, yaxud  maddələr  mübadiləsinin pozulması hallarından əziyyət çəkən insanlara göstərilmişdir.

Analizin nəticələri insanın nə dərəcədə düzgün qidalanması, onun orqanizmdə suyun artıqlığından, yaxud çatımamasından əziyyət çəkib-çəkməməsi barədə fikir söyləməyə imkan verir. Diaqnostikanın gedişi zamanı əldə olunmuş məlumatlar əsasında  dietoloq konkret insan üçün daha optimal və düzgün qida rasionu, lazımi  miqdarda maye və s. nəzərdə tuta  bilər.

Tədqiqatın mühüm məqamlarından biri orqanizmdə gedən maddələr mübadiləsi proseslərinin keyfiyyətinin müəyyən olunmasıdır ki, bu da insanın bioloji yaşını və onun ümumi iş qabiliyyətini müəyyən etməyə kömək edir.

Bədən tərkibinin bioimpedans analizi bədən kütləsinin aşağıdakı kateqoriyalar üzrə artıqlığını və ya çatışmazlığını müəyyən etməyə imkan verir:
 

  • Yağ kütləsi. Orqanizmdə müəyyən miqdarda yağın olması vacibdir, belə ki, enerji, vitaminlər və qiymətli yağ turşuları ehtiyatı məhz onda saxlanılır. Lakin yağın artıqlığı bir çox xəstəliklərin, o cümlədən, infarktın və aterosklerozun baş verməsi  riskinə gətirib çıxarır.
  • Əsas maddələr mübadiləsi, orqanizmin gün ərzində öz iş qabiliyyətini saxlaması üçün sutka ərzində hansı miqdarda enerji  məsrəf etməsindən xəbər verən bir göstəricidir. İnsanın aktiv hüceyrə kütləsi çox olduqca, o, gün ərzində bir o qədər də kalori itirir. Lakin bu zaman fiziki, yaxud zehni fəaliyyət yox, yalnız fizioloji proseslər nəzərə alınır.
  • Ümumi mayenin miqdarı orqanizmdə nə qədər suyun olduğunu göstərir. Bu zaman həm hüceyrədaxili maye, həm də qan, limfa və plazma kimi hüceyrəxarici orqanlarda yerləşən maye nəzərə alınır. Bu göstərici konkret insan üçün sutka ərzində nə qədər su istifadə etməyin vacib olduğunu müəyyən edir. Bir sıra  hallarda  pasiyentə onun nəticələrinə əsasən sidikqovucu vasitələrdən istifadə olunması məsləhət görülə bilər.

Тerapevt-dietoloq Sevil İbrahimova

(012) 447 50 92
(012) 447 85 55
(012) 570 31 46
(050) 201 23 02
(050) 232 99 21
contact@sahhat.az
www.sahhat.az
Bakı, Qara Qarayev pr.,103