Blefarit nədir?

01.02.2017

Blefaritin əsas törədicisi Staphylococcus aureus və ya Demodex gənəsi, uşaqlarda həm də Staphylicoccus epidermidisdir.
Sadə blefarit göz qapağı  kənarlarının qızarması və qalınlaşması, kirpik kökcüklərində kül rəngli pulcuqların əmələ gəlməsi ilə xarakterizə olunur. Xoralı blefarit zamanı kirpik kökcüklərində irinli yaralar əmələ gəlir. Meybomi blefariti zamanı piy vəzilərinin iltihabı və onların disfunksiyası ilə əlaqədar olaraq baş verir. Göz qapaqlarının kənarı hiperemiyalaşır, qalınlaşır, sıxdıqda meybomi vəzilərinin axarlarından ağ rəngli piyli sekret ifraz olunur.
Blefaritlər çox hallarda xroniki formaya keçərək uzun illər boyu sürür.

                                 Картинки по запросу блефарит   

Səbəbləri
Blefarit xəstəliyinin əmələ gəlməsinə uzun sürən infeksion xəstəliklər nəticəsində orqanizmin müdafiə sisteminin zəifləməsi, mədə-bağırsaq sisteminin xroniki patologiyaları, pasiyentin lazımi sanitar-higiyenik qaydalara əməl etməməsi, gida ilə orqanizmə  lazımi dərəcədə vitaminlərlin daxil olmaması səbəb ola bilər. 

                                   Картинки по запросу розацеа блефарит

Əlamətləri:
- gözlərdə qaşınma;
- göz qapaqlarında ağırlıq hissi;
- gözlərdə yorğunluq;
- işığa həssaslıq;
- gözlərdə pulcuqlar, kəpək;
- qırmızı, şişkin göz qapaqları
- kirpiklərin qeyri düzgün bitməsi və ya  tökülməsi.

Blefaritə şübhə yarandıqda mütləq göz həkiminə müraciət etmək lazımdır. Çünki, bu xəstəliyin səbəbi əksər hallarda orqanizmin sistem xəstəlikləri, görmə qabiliyyətinin anomaliyaları ilə əlaqəli olur.
Blefarit diaqnozu oftalmoloji baxış zamanı oftalmoloji mikroskop vasitəsi ilə qoyulur. Bəzi hallarda əlavə laborator müayinələrə ehtiac duyula bilər (kirpik kökcüklərində Demodex gənələrinin müəyyən edilməsi).

Dr. Leyla Əlizadə, oftalmoloq,

SƏHHƏT klinikası

 

Son məqalələr