Sağlam işçi - uğurlu şirkət!

24.05.2018

Müasir zamanda aktuallıq kəsb edən məsələlərdən biri, əməyin mühafizəsi tədbirlərinin gücləndirilməsi və dəyərləndirilməsidir. Hər il dünyada istehsalat xəsarəti, istehsalatda bədbəxt hadisələr baş verir və peşə xəstəliklərindən milyonlarla insan sağlamlığını və həyatını itirir. Bu isə cəmiyyətin mənəvi, sosial və
iqtisadi inkişafına ziyan vurur .

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Kollegiyasının 13 dekabr 2012-ci il tarixli 46 nömrəli qərarı ilə İşçilərin icbari tibbi müayinələrdən keçirilməsinin vacibliyı təsdiq edilmişdir.
SƏHHƏT klinikası müasir tibb praktikasından və yeni texnologiyalardan istifadə etməklə, peşə xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsinə dair tədbirlər kompleksini həyata keçirir.


Sənaye təbabəti istiqamətində qazandığımız təcrübə, öz işçilərinin sağlamlıqlarının qayğısına qalan şirkət və müassisə rəhbərləri ilə davamlı uğurlu əməkdaşlığımıza imkan verir.

İşçilərin sağlamlığına nəzarət və xəstəliklərin vaxtında profilaktikası müəssisə rəhbərlərinin sosial cavabdehliyidir. Bu tədbirlər əmək qabiliyyətinin itirilməsi ilə bağlı məsrəflərin azaldılmasına, həmçinin personal üçün təhlükəsiz və komfort iş şəraitinin yaradılmasına imkan verir.
SƏHHƏT klinikası hüquqi şəxslərin tam tibbi müşayiətini təmin edə bilir. Tibbi check-up müayinələri klinikamızda və ya şirkət ərazisində, işçiləri iş prosesindən ayırmadan keçirilir. Personalın rahatlığı üçün xüsusi müayinələr qrafiki tərtib olunur.

SƏHHƏT klinikası işçilərin sağlamlıqlarının möhkəmləndirilməsinə və qorunmasına dair tibbi xidmətlərin tam spektorunu təklif edir.

• Dispanserizasiya
• İmmunoprofilaktika (vaksinasiya)
• Sənaye obyektlərində tam təchizatlı tibb məntəqələrinin yaradılması
• İstehsalatda həkim, tibb bacısı nəzarəti
• Xəstəliyin peşə ilə əlaqəsinin ekspertizası
• Sənaye obyektində ilkin tibbi-sanitar və təxirəsalınmaz tibbi yardımın təşkili
• İşçilər üçün profilaktik tədbirlər planının tərtibi
• Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizası
• Şirkətin tibb siyasətinin formalaşdırılması
• İlkin tibbi yardım kurslarının keçirilməsi
• İşçilərin posttravmatik reabilitasiya müalicəsinin aparılması
• Tibbi təxliyyə.

Əlaqə nömrələrimiz: 
(012) 447 50 92
(012) 447 85 55
(012) 570 31 46
(050) 201 23 02
(050) 232 99 21
e-mail: contact@sahhat.az