Suda boğulma zamanı ilk yardım

10.07.2018

Havanın hərarəti gündən-gü yüksəlir. İstilərin gəlməsi ənənəvi olaraq çimərlikləri də hərəkətə gətirib. 
Təəssüf ki, çimərlik mövsümündə bəzən suda boğulma kimi bədbəxt hadisələrdə baş verir. Belə hallarda zərərçəkənə vaxtında ilk yardım göstərilsə onun həyatını xilas etmək şansları qat-qat artır.

Suda batanı xilas edərkən ehtiyatlı olmaq lazımdır. Belə ki, suda batan hər şeydən tutmağa cəhd etdiyi üçün o, xilasedəni də batıra bilər.
Batan şəxsə arxa tərəfdən yaxınlaşmaq, onu saçlarından, paltarının yaxalığından və ya qoltuqaltı nahiyyəsindən tutaraq üzünu yuxarı çevirməklə onunla birlikdə sahilə tərəf üzmək lazımdır. Batan şəxsin sifəti mütləq suyun səthindən yuxarıda olmalıdır.

Suda boğulma zamanı ilk tibbi yardım:
- dərhal “təcili yardım” çağırın;
- cəld hərəkətlə zərərçəkənin ağız boşluğunu barmağınızla və ya dəsmalla dəniz yosunlarından və digər yad cisimlərdən təmizləyin;


- sonra sağ dizinizi yerə qoyaraq, zərərçəkəni üzüaşağı və qarnı budunuza söykənməklə, dizdən bükülmüş sol ayağınızın üzərinə qoyun;


- əlinizlə onun kürəkarası nahiyyəyə güclü şəkildə təzyiq etməklə tənəffüs yollarından suyu xaric edin;
- sonra zərərçəkəni üzüyuxarı yerə uzadın, qusma başladığı halda onun boğulmaması üçün başını yana çevirin, nəfəs alıb-almamasını, ürəyinin döyünüb-döyünməməsini yoxlayın; 
- əgər zərərçəkən nəfəs almırsa, yuxarıda göstərildiyi qaydada tənəffüs yollarından suyu xaric edən kimi, ona süni tənəffüs vermək lazımdır. Əgər zərərçəkənin ürəyi dayanıbsa, süni tənəffüs hərəkətləri ilə yanaşı ürəyin qapalı masajını icra etmək lazımdır. 
Bu reanimasiya tədbirlərini həkim gələnədək davam etdirmək lazımdır. Zərərçəkəni tibb müəssisəsinə çatdırmaq imkanı olarsa, bunu dərhal etmək, reanimasiya tədbirlərini isə yolda olarkən davam etdirmək lazımdır.

Zərərçəkənin vəziyyəti hətta yaxşı olsa da, o mütləq həkim tərəfindən müayinə olunmalıdır.

Çimərlik seçəndə orada xilasedicilərin və tibb məntəqəsinin olub-olmadığını dəqiqləşdirin!

Qeyd! 
SƏHHƏT klinikasının ilkin tibbi yardım üzrə təlimləri xüsusi proqram üzrə təlim keçmiş peşəkarlar tərəfindən tədris olunur. Təlim proqramına həm nəzəri mühazirə materialları, həm də praktiki məşğələlər daxildir. Təlim zamanı müvafiq videofilmlər, manekenlər, simulyatorlardan istifadə olunur, təlim iştirakçıları bütün zəruri ləvazimatlarla təmin olunurlar. Kursun sonunda müdavimlərə treninqi keçmə barədə sertifikat verilir.

 

Əlaqə nömrələrimiz: 
(012) 447 50 92 
(012) 447 85 55 
(012) 570 31 46 
(050) 201 23 02 
(050) 232 99 21 
e-mail: contact@sahhat.az

Son məqalələr