Neyropediatriya üzrə master-klasslar başa çatdı

19.09.2019

SƏHHƏT klinikasında Almaniyadan dəvət olunmuş pediatriya və uşaq nevrologiyası üzrə ekspert, tibb elmləri doktoru Werner Deigendesch-in təqdimatında master-klasslar uğurla başa çatdı. 4 gün davam edən master-klasslarda klinikamızın həkimləri ilə yanaşı digər tibb müəssisələrindən pediatr və nevroloqlar da iştirak edə bildilər.