Bir-birimizi düşünək - qaydalara riayət edək!

29.06.2020

SƏHHƏT klinikasına müraciət edən pasiyentlər bu qaydalara riayət etməlidirlər:

  •  tibbi maska taxmaq,
  •  növbədə məsafə saxlamaq,
  •  əlləri dezinfeksiyaedici məhlulla təmizləmək,
  •  termometriyanı keçmək,
  •  klinikaya müşayiətsiz daxil olmaq.

Allergiya, şəxsi diskomfort, tərləmə və s. kimi səbəblər pasiyenti və ya tibbi personalı maska taxmaqdan azad etmir.

 Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” qərarına əsasən səhiyyə müəssisələrində maska taxmaq məcburi xarakter daşıyır. Bu qərarın 1-ci hissəsinin tələblərini pozanlar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə cəlb olunurlar.

Hər bir vətəndaş bilməlidir ki, bu qaydalar ilk növbədə onun və yaxınlarının təhlükəsizliyini, sağlamlığını təmin edən müvəqqəti və məcburi addımlardır. Buna görə də hamı qaydalara anlaşıqlı, dözümlü yanaşmalı, onları maksimum icra etməyə çalışmalıdır. Hazırki şəraitdə məsuliyyət hər birimizin üzərinə düşür.
Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə tətbiq olunan qaydalara riayət etdikləri üçün pasiyentlərimizə təşəkkürümüzü bildiririk!