Onlayn-konsultasiya

07.01.2021

SƏHHƏT klinikası artıq sizə daha yaxındır!

SƏHHƏT klinikası "Onlayn-konsultasiya" layihəsinə start verib.

Hazırki epidemioloji şəraitdə sağlamlığınızı riskə atmamaq üçün görüntülü onlayn-konsultasiya xidmətimizdən yararlana bilərsiniz.

"Onlayn-konsultasiya" layihəsi çərçivəsində xəstələr onlayn video bağlantılar vasitəsilə həkim qəbulundan keçə bilərlər.

Yeni xidmətdən istifadə həm həkim, həm pasiyent üçün olduqca rahat və sadədir.

Həkimlə onlayn-konsultasiya üçün nə etmək lazımdır?

Klinikaya zəng edin, randevu alın və sizə uyğun saatda sağlamlığınızla bağlı problemlərinizi klinikaya gəlmədən, elə evinizdə və ya iş yerində həkimə bildirin.

İlk müayinədən sonra analizlərin götürülməsi, lazımi diaqnostik müayinələrin aparılması, xəstənin oksigenlə təminatının də evdə təşkili mümkündür. Laborator nəticələr elektron ünvanınıza göndəriləcək və həkiminizlə yenidən e-görüntülü danışaraq yekun rəyi öyrənə biləcəksiniz.

Əlavə məlumat üçün:

(012) 447 50 92

(012) 447 85 55

(050) 272 01 96

сontact@sahhat.az

 Bakı, Qara Qarayev pr.,103

Son xəbərlər