Dr. Volfqanq Titiusdan master-klasslar

22.07.2017

Avqust ayının 6-dan 20-dək SƏHHƏT klinikasında Almaniyadan dəvət olunmuş visseral və torakal cərrahiyyə üzrə ekspert, tibb elmləri doktoru Volfqanq Titius cərrahi xəstələrlə iş və iş yerində tibbi nəzarət sahəsində beynəlxalq tibb standartlarına uyğun master-klasslar keçirəcək.

Baş mütəxəssis ixtisası visseral və torakal cərrahiyyə olmaqla cərrahiyyənin bütün sahələrində geniş təcrübəyə malikdir.

Dr. Volfqanq Titiusun kompetensiyası və iş təcrübəsi: ümumi cərrahiyyə, həmçinin visseral və torakal cərrahiyyə üzrə mütəxəssis, səhiyyənin beynəlxalq menecmenti üzrə mütəxəssis, rentgendiaqnostika və transfuziologiya üzrə mütəxəssis, İcbari tibbi sığorta birliyinin (KV) təcili yardım xidmətinin həkimi, İngiltərə Milli Səhiyyə Xidmətinin cərrah-konsultantı. Bundesver və NATO kursları sertifikatı.