Radiologiya üzrə master-klasslar

21.09.2017

Oktyabr ayının 1,2,3 və 14-ü  SƏHHƏT klinikasında Almaniyadan dəvət olunmuş radiologiya üzrə ekspert professor Dr.Franz Fobbe radiologiya sahəsində beynəlxalq tibb standartlarına uyğun master-klasslar keçirəcək.

Ekspert radiologiyanın bütün əsas sahələrində geniş təcrübəyə malikdir. Professional təcrübə ənənəvi rentgenoqrafiyanı, kompüter tomoqrafiyasını, USM-ni ( o cümlədən USM nəzarəti ilə punksiya götürülməsi) əhatə edir.

Prof. Frans Fobbenin kompetensiyası və iş təcrübəsi: diaqnostik vizualizasiyanın əsas istiqamətləri, intervension radiologiya (regional və yerli kimyaterapiya, portal hipertenziyanın müalicəsi, arterial və venoz damar müdaxilələri), diaqnostik və intervension ultrasəs müayinələr ( boz və rəngli dupleks USM, USM nəzarəti altında punksiyanın götürülməsi), ənənəvi radiologiya, həmçinin kompüter tomoqrafiyası, aşağı ətrafların dərin damarları və çanaq damarlarının diaqnostik vizualizasiyası.

Qeydiyyatdan keçmək üçün əlaqə nömrələri:
+994 12 447 85 55
+994 12 447 50 92
Ünvan: Qara Qarayev küç., 103