"METAK" şirkətinin işçi heyəti üçün tibbi təlim

03.11.2017

"METAK" şirkətinin işçi heyəti üçün tibbi təlim

Bildiyimiz kimi, vaxtında və dəqiq göstərilən həkimə qədər ilk tibbi yardım xəstənin həyatı üçün mühüm əhəmiyyət kəsb edir.
Bu gün SƏHHƏT klinikasının tibbi təlim mərkəzi "Amerika Ürək Assosiasiyasının" BLS (Basic Life Support) sertifikatının standartlarına uyğun, ürək-ağciyər reanimasiya tədbirləri üzrə növbəti ilk tibbi yardım (First Aid) təlimini "METAK" şirkətinin işçi qrupuna yüksək səviyyədə təqdim etdi. Təlim iştirakçılarının nəzəri və praktiki biliklərini daha da mükəmməlləşdirmək məqsədi ilə təlimlərdə xüsusi cihaz və avadanlıqlardan istifadə olunub.
Tibbi təlimçi: Şirinov Sevindik