T.e.d. Werner Deigendesch-in təqdimatında pediatriya və neyropediatriya üzrə master-klasslar

21.12.2017

2018-ci ilin sentyabr ayında SƏHHƏT klinikasında Almaniyadan dəvət olunmuş neyropediatriya üzrə ekspert tibb elmləri doktoru Werner Deigendesch pediatrik və neyropediatrik xəstələrlə iş sahəsində beynəlxalq tibb standartlarına uyğun master-klasslar keçirəcək.

Mütəxəssis pediatriya və neyropediatriyanın bütün sahələrində geniş təcrübəyə malikdir. Dr. Werner Deigendesch -in təcrübəsi: Uşaqlarda neyrodegenerativ, neyrometabolik xəstəliklər daxil olmaqla mərkəzi sinir sistemi xəstəlikləri, nevroliji profilli xəstələrin reabilitasiyası, uşaq nevrologiyası, inkişaf qüsurlarının erkən diaqnostikası, əlillik riski olan və ya əlilliyi olan uşaqlara baxım, əlilliyi, uşaq serebral iflici olan uşaq və yeniyetmələrin reabilitasiyası, uşaqlarda epilepsiyanın müalicəsi, uşaqlarda əqli inkişaf geriliklərin müalicəsi, hiperaktivlik, dərslərin qavranmasında problemləri olan uşaqlar, EEQ ilə epileptologiya sahəsində xüsusi biliklər, profilaktika və vaksinologiya sahəsində geniş təcrübə, nevroloji profilli xəstələrin reabilitasiyası.