Oftalmologiya üzrə master-klassalar

15.01.2018

2018 – ci ilin noyabr ayında SƏHHƏT klinikasında Almaniyadan dəvət olunmuş oftalmologiya üzrə ekspert tibb elmləri doktoru, professor Gerhard Pülhorn oftalmoloji xəstələrlə iş sahəsində beynəlxalq tibb standartlarına uyğun master-klasslar keçirəcək.

Mütəxəssis göz xəstəliklərinin müalicəsi və oftalmocərrahiyyədə geniş təcrübəyə malikdir. Dr. Gerhard Pülhornun təcrübəsi: göz xəstəliklərinin operativ və konservativ müalicəsi, gözün ön seqmentində əməliyyatlar, göz dibinin lazer müalicəsi, yaşla əlaqədar makulyar degenerasiyasının diaqnostikası və müalicəsi, diabetik retinopatiya, büllurun bulanması, katarakta, qlaukoma, buynuz qişanın cərrahiyyəsi, plastik və rekonstruktiv üz cərrahiyyəsi.

Ətraflı məlumat əldə etmək və qeydiyyatdan keçmək üçün əlaqə nömrələri: 012 447 50 92; 012 447 85 55