Cərrahiyyə üzrə master-klasslar

26.01.2018

2018-ci ilin aprel ayının 8-dən 21-dək  SƏHHƏT klinikasında Almaniyadan dəvət olunmuş cərrahiyyə üzrə ekspert professor Michael Butters cərrahi xəstələrlə iş sahəsində beynəlxalq tibb standartlarına uyğun master-klasslar keçirəcək.

Visseral cərrahiyyədə ixtisaslaşan mütəxəssis cərrahiyyənin bütün sahələrində geniş təcrübəyə malikdir. Dr.Michael Butters-in təcrübəsi: ümumi cərrahiyyənin tam spektoru, visseral və xüsusi visseral cərrahiyyənim tam spektoru, minimal invaziv cərrahiyyə, böyük əməliyyatlar zamanı və onkoloji xəstəliklərdən əziyyət çəkən xəstələrin intensiv monitorinqi və müalicəsi.

Ətraflı məlumat üçün əlaqə nömrələri: 012 447 50 92; 012 447 85 55