“Tibbi Turizm” üzrə Alman-Azərbaycan Biznes Forumu çərçivəsində Berlin şəhərinin kardiologiya, neyrocərrahiyyə və onkologiya üzrə ixtisaslaşan klinikaların nümayəndə heyəti 11.04.2018 tarixində Azərbaycan-Almaniya birgə müəssisəsi- SƏHHƏT klinikasında

17.04.2018

Klinikanın direktoru Malik Kərimov alman həmkarları ilə uğurlu əməkdaşlıq və yeni layihələr barədə məlumat verib, nümayəndə heyətini klinikanın fəaliyyəti ilə tanış etmişdir. 
Görüş zamanı yeni işgüzar əməkdaşlıq üçün mövcud imkanlar, Alman klinikaları və tibb müəssisələrinin fəaliyyətləri, eləcə də səhiyyədə rəqəmsal texnologiyaların tətbiqi və tibbi turizm üzrə layihə və təkliflər də müzakirə olundu.
Nümayəndə heyətinin üzvləri:
“Berlin Biznes və Texnologiya tərəfdaşı“ GmbH-nın təşviqi proqramlar, profilaktika, səhiyyə turizmi üzrə sahə meneceri Ulrike Braeter/
“Berlin Biznes və Texnologiya tərəfdaşı“ GmbH Sahə meneceri yeni təminat sahələri və reabilitasiya üzrə mütəxəssis Antonia Jung/
Vivantes Beynəlxalq Tibb "Vivantes - Səhiyyə şəbəkəsi" GmbH tibbi direktoru Olaf Lenzen/
VisitBerlin "Berlin Turizm & Konqres" GmbH-nın Böyük Britaniya, Skandinaviya, Şərqi Avropa, Rusiya, İsrail, Türkiyə üzrə rəhbəri Catarina Erceg
Almaniyaya tibbi turizm xətti ilə gedən xəstələrin yönləndirilməsi üzrə xidmətlər göstərən Rusiyanın MEDGERMANY şirkətinin nümayəndəsi Viktoria Leonov/
MEYTEC MMC İnformasiya sistemlərinin Teletibb sahəsi üzrə layihə meneceri Viacheslav Galchenko/