Ekstrakorporal maqnit innervasiya (ExMİTM, Neokontrol terapiya)

28.05.2018

SƏHHƏT kliniksında Neokontrol terapiya ABŞ istehsalı olan Neocontrol Neotonus apparatında icra olunur.
Avropa Birliyində Neokontrol sidik və nəsis infektinensiyası zamanı istifadə olunan standart terapiya kimi qəbul olunub.

Müalicəyə göstərişlər:
• Sidikqaçırma, nəcisqaçırma, qazqaçırma (uşaq enurezi, uşaqlarda nəcisqaçırma)
• Radikal prostatektomiyadan sonrakı sidiyə getmə pozğunluqları
• Xroniki prostatit
• Erektil disfunksiya
• Uşaqlıq yolunun atoniyası 
• Hemorroy (babasil)
• Qəbizlik
• Kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri
• Kişilərdə və qadınlarda seksual disfunksiya
• Bud sümüyü sınığının profilaktikası

Фото Səhhət Klinikası /Sahhat German-Azerbaijani Medical Center.

Ekstrakorporal maqnit innervasiya ilə müalicə qeyri-invaziv və qeyri-cərrahidir, bütün yaş qrupu pasientlərə göstərilib, hər hansı zond və elektrodsuz icra olunur, tamamilə konservativ və ağrısızdır.

Neokontrol terapiyadan sidik və nəcisqaçırmada, radikal prostatektomiyadan sonrakı sidikqaçırmada, çanaq ağrıları, erektil disfunksiya və digər seksual pozuntularda, hemorroy, uşaqlıq yolunun atoniyası və bir çox digər hallarda qeyri cərrahi, qeyri invaziv, bir sıra üstünlüklərə malik müalicə üsulu kimi istifadə olunur.

Sidikqaçırmanın müalicəsi
Sidikqaçırmadan əziyyət çəkirsinizsə bunun nə qədər xoşagəlməz hal olduğundan xəbərdarsınız. Bu problemdə tək deyilsiniz. Milyonlarla insan eyni çətinliklərlə üzləşir.
Adətən bu problemin səbəbi aydındır: çanaq dibi əzələlərinin zəifliyi. Artıq zəif əzələləri qeyri-invaziv, ağrısız və rahat şəkildə Neokontrol terapiya vasitəsi ilə gücləndirmək mümkündür.

Digər terapiya növlərindən fərqli olaraq, Neokontrol çanaq dibinin bütün əzələlərinə müalicəvi təsir göstərir, onların müqavimət gücünü, dözümlüyünü artıraraq sidik kisəsi üzərində nəzarəti bərpa edir.

Bu texnologiya yüksək intensivlikli pulsasiyalı maqnit sahəsi yaradır.

Pasientdən tələb olunan soyunmadan xüsusi kresloda rahat oturaraq müalicəvi dalğaların çanaq dibi əzlələrinə təsir göstərməsinə şərait yaratmaqdır. Bu əzələlər hər maqnit impulsunun təsiri altında saniyədə 1-50 dəfə yığılıb açılırlar. Beləliklə, əzələ işlənilərək möhkəmlənir. Terapiya tamamilə ağrısızdır. 
Seans zamanı cuzi vibrasiya və çanaq dibi əzələlərin yığılması hiss olunur. Bir seans təqribən 20 dəqiqə davam edir və günaşırı keçirilir. Adətən nəticə artıq 6-8 seans, maksimal nəticə isə bir çox hallarda 20 seansdan sonra əldə olunur.

Bəzi pasiyentlər bu müalicədən sonra sidikqaçırma problemindən birdəfəlik azad olur, digərlərə isə əzələləri tonusda saxlamaq üçün müalicəni fasilələrlə təkrar etmək tövsiyyə olunur.
Bu üsul həm sadə həm də effektivdir!

Əksgöstərişlər: hamiləlik, metal implantlar (HİPS) və kardiostimulyatorlar.

Prosedurdan öncə mütləq uroloq və ya ginekoloqla məsləhətləşin! 
Ətraflı məlumat almaq və qəbula yazılmaq üçün əlaqə nömrələri: 012 447 50 92; 012 447 85 55 
Qəbula onlayn yazılmaq üçün linkə daxil olun: http://sahhat.az/randevu/az/