SƏHHƏT klinikası ilə ilk tibbi yardım göstərməyi öyrənin

10.07.2018

İstər tibb işçiləri, istərsədə qeyri-tibb işçiləri işlədikləri müəssisədə, evdə, ictimai nəqliyyatda həkimə qədər ilkin tibbi yardım göstərməyi bacarmalıdırlar. İlkin tibbi yardımın tez və düzgün göstərilməsi bir çox hallarda insan həyatını xilas edə bilər.

Baş verə biləcək hər hansı bədbəxt hadisədən heç kim sığortalanmayıb və həmin an yanımızda həkim olmaya da bilər. İlk tibbi yardım tələb edən hər hansı vəziyyətlər - qıcolmalar, yanıqlar, asfiksiyalar (boğulmalar), ürək dayanmalar və .s gözləmədiyimiz halda yaxınlarımızın həyatına təhlükə yarada bilər. Belə hallarda insanlara kömək etməyi bacarmaq üçün mütləq ilkin tibbi yardım təlimlərindən yararlanmaq lazımdır.

Sevindirici haldır ki, son vaxtlar müəssisə rəhbərləri öz işçiləri üçün ilkin tibbi yardım təlimlərinin keçirilməsinə önəm verməyə başlayıblar. Bunu SƏHHƏT klinikasının sənaye obyektlərində tədris etdiyi təlimlərin sayından aydın görmək olur.

SƏHHƏT klinikasının ilkin yardım üzrə təlimləri xüsusi proqram üzrə təlim keçmiş peşəkarlar tərəfindən tədris olunur. Təlim proqramına həm nəzəri mühazirə materialları, həm də praktiki məşğələlər daxildir. Təlim zamanı müvafiq videofilmlər, manekenlər, simulyatorlardan istifadə olunur, təlim iştirakçıları bütün zəruri ləvazimatlarla təmin olunurlar. Kursun sonunda müdavimlərə treninqi keçmə barədə sertifikat verilir.

Əlaqə nömrələrimiz: 
(012) 447 50 92 
(012) 447 85 55 
(012) 570 31 46 
(050) 201 23 02 
(050) 232 99 21 
e-mail: contact@sahhat.az