T.e.d. Werner Deigendesch-in təqdimatında pediatriya və neyropediatriya üzrə master-klasslar

23.07.2018

24-28 sentyabr 2018-ci il tarixlərində  SƏHHƏT klinikasında Almaniyadan dəvət olunmuş pediatriya və neyropediatriya üzrə ekspert tibb elmləri doktoru Werner Deigendesch beynəlxalq tibb standartlarına uyğun master-klasslar keçirəcək.

  • uşaqlarda neyrodegenerativ, neyrometabolik xəstəliklər daxil olmaqla mərkəzi sinir sistemi xəstəlikləri
  • nevroloji profilli xəstələrin reabilitasiyası
  • uşaq nevrologiyası
  • inkişaf qüsurlarının erkən diaqnostikası
  • əlillik riski olan və ya əlilliyi olan uşaqlara baxım
  • əlilliyi, uşaq serebral iflici olan uşaq və yeniyetmələrin reabilitasiyası
  • uşaqlarda epilepsiyanın müalicəsi
  • uşaqlarda əqli inkişaf geriliklərin müalicəsi
  • hiperaktivlik, dərslərin qavranmasında problemləri olan uşaqlar
  • EEQ ilə epileptologiya sahəsində xüsusi biliklər, profilaktika və vaksinologiya sahəsində geniş təcrübə, nevroloji profilli xəstələrin reabilitasiyası.

Öncədən yazılmaq və əlavə məlumat üçün tel.:

012 447 50 92; 012 447 85 55