İlkin tibbi yardım təlimləri

30.11.2018

❗❗Məktəblərdə, uşaq bağçalarında müəllimlər və uşaqlar üçün ilkin tibbi yardım təlimlərinin tədris olunması çox vacibdir. İlk tibbi yardımı panikaya düşmədən, vaxtında və düzgün göstərmək bacarığı hər an kiminsə həyatını xilas etməyə kömək edə bilər.

✅SƏHHƏT klinikasının İlkin Yardım üzrə Təlimləri xüsusi proqram üzrə təlim keçmiş peşəkarlar tərəfindən tədris olunur. Təlim proqramına həm nəzəri mühazirə materialları, həm də praktiki məşğələlər daxildir. Təlim zamanı müvafiq videofilmlər, manekenlər, simulyatorlardan istifadə olunur, təlim iştirakçıları bütün zəruri ləvazimatlarla təmin olunurlar. Kursun sonunda müdavimlərə treninqi keçmə barədə sertifikat verilir.