TLS Contact Azerbaijan şirkətinin əməkdaşları üçün təlim

30.11.2018

SƏHHƏT Azərbaycan-Almaniya klinikasının tibbi təlim mərkəzi növbəti "First Aid" təlimini TLS Contact Azerbaijan şirkətinin əməkdaşları üçün keçirtdi.

✅SƏHHƏT klinikasının İlkin Yardım üzrə Təlimləri xüsusi proqram üzrə təlim keçmiş peşəkarlar tərəfindən tədris olunur. Təlim proqramına həm nəzəri mühazirə materialları, həm də praktiki məşğələlər daxildir. Təlim zamanı müvafiq videofilmlər, manekenlər, simulyatorlardan istifadə olunur, təlim iştirakçıları bütün zəruri ləvazimatlarla təmin olunurlar. Kursun sonunda müdavimlərə treninqi keçmə barədə sertifikat verilir.