"CCM SAHHAT" MMC şirkət və müəssisə rəhbərlərinə Azərbaycan Respublikasının qanunvericiliyin tələblərinə uyğun olaraq iş yerlərinin attestasiyasının keçirilməsiüçün aşağıdakı xidmətlər paketini təklif edir.

Xidmətlərin həcmi:

l. İş yerlərində instrumental ölçmələrinin aparılması:

- mikroiqlim (temperatur, hava cərəyanının axın sürəti, nisbi rütubət, atmosfer təzyiqi);

- işaqlanma (pulsasiya əmsalı, parlaqlıq, aydınlıq);

- vibroakustik faktorlar (səs-küy, titrəmə, infrasəs, ultrasəs);

- ionlaşdırmayan şüalanma (elektromaqnit və elektrostatik sahələrinin gərginliyi, daimi maqnit sahəsi, ƏYT, YT, UYT, lazer şüalanması, ultrabənövşəyi şüalanma);

- ionlaşdıran şüalanma (radioaktiv fon, rentgen şüalanması, səthdən a-, B-hissəciklərinin sıxlığı);

- havanın aeroion tərkibi;

- zərərli kimyəvi faktorlar (zərərli kimyəvi maddələr, fibrogen təsirli aerozollar, istehsalat tozları).

ll. Qiymətləndirmə:

- bioloji faktorlar;

- zədə təhlükəsi və FQV (fərdi qorunma vasitələri);

- əməyin ağırlığı və gərginliyi.

lll. İş yerlərinin xəritələrinin hazırlanması, o cümlədən:

- peşələrin və vəzifələrin dəqiq adlandırılması;

- əmək şəraitinə görə güzəştli pensiyaların, əlavə müzuniyyətlərin təyini üçün işçilərin siyahılarının tərtibi;

- illik və dövrü tibbi müayinələrdən keçməli olan peşə və vəzifələrin siyahısının tərtibi.

lV. İş yerlərinin attestasiyasının aparılması və attestasiya sənədləri ilə yanaşı, əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması məqsədi ilə tədbirlər planının hazırlanması.

Ölçülən istehsalat amilləri: fiziki, kimyəvi, bioloji və psixofizioloji amillər.

Zədə təhlükəsizliyinin qiymətləndirilməsi:

– İstehsal avadanlıqları;

– Qurğular və alətlər;

– Təlim və öyrənilmə vasitələri ilə təmin olunma.

İşçilərin fərdi mühafizə vasitələri ilə təmin edilmələri:

–zərərlik və təhlükəsizlik dərəcələri üzrə;

– zədə təhlükəsizliyi dərəcələri üzrə;

– işçilərin fərdi mühafizə vasitələrlə ilə təmin edilməsi;

Sənədləşdirilmə:

- Laborator ölçmə və müayinələr protokolu:

1. İş yerində aparılmış fiziki və kimyəvi faktorların faktiki və normativ göstəriciləri;

2. Ölçmələrin aparıldığı yerin eskizi və ölçmə nöqtələrinin sxemləri.

- İş yerlərində aparılan laborator ölçmələr və müayinələrə əsasən əmək şəraiti üzrə Attestasiya Pasportu:

1. Əməyin ağırlığının qiymətləndirilməsi protokolu;

2. Əməyin gərginliyinin qiymətləndirilməsi protokolu;

3. İş yerinin xəritəsi;

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "İş yerlərinin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında" müvafiq Qərarı.

Bizimlə əlaqə:

(012) 447 50 92
(012) 447 85 55
(012) 570 31 46
(050) 201 23 02
(050) 232 99 21

e-mail: contact@sahhat.az 
www.sahhat.az