Laboratoriya

  Klinikanın laboratoriya bölməsində qanın və sidiyin biokimyəvi göstəriciləri avtomat biokimyəvi analizatorunda təyin edilir. Analizatorun təyin spektrinə 60-dan artıq göstərici daxildir:

Zülal mübadiləsi – ümumi zülal, albumin, qlobulin, A/Q və s.

Qaraciyər və piqment mübadiləsi göstəriciləri – ALT, AST, QQT, bilirubin və bilirubin fraksiyaları və s.

Böyrəklər – kreatinin, sidik cövhəri, qalıq azot, kreatinin klirensi və s.

Ürək – LDH, kreatinkinaza, KFK-MB və s.

Mədəaltı vəzi – amilaza, lipaza və s.

Lipid mübadiləsi – ümumi xolesterin, triqliseridlər, yüksək, orta və aşağı sıxlıqlı lipoproteinlər və s.

Karbohidrat mübadiləsi – qlükoza, qlikohemoqlobin və s.

Mineral mübadiləsi – kalsium, kalium, xlor, maqnezium, fosfor, natrium və s.

Spesifik zülallar – C-reaktiv zülal, revmatoid faktor, antistreptolizin-O və s.

 

Böyrəklər, qaraciyər, ürək və digər orqanların funksiyasını daha dəqiq öyrənmək üçün kompleks laborator müayinə proqramları vardır ki, onunla da saytımızın müvafiq bölümündə tanış ola bilərsiniz.

 

Klinikanın laboratoriya şöbəsində geniş spektrli kliniki müayinələr aparılır.

 

Qanın ümumi müayinəsi tam avtomat rejimdə işləyən hematoloji analizatorda aparılır. Müayinəyə hemoqlobin, hematokrit, eritrosit, leykosit, trombosit də daxil olmaqla qanın 20-yə yaxın göstəricisi daxildir. Qanın hər bir parametrini ayrılıqda təyin edərək dinamikanı izləmək mümkündür.

 

Eyni zamanda laboratoriyada periferik qandan götürülmüş yaxmanın mikroskopiyası həyata keçirilir. Retikulositlər təyin edilir. İmmunohematoloji müayinələr – qan qrupu və rezus faktorun təyini, Kumbs reaksiyası aparılır.

 

Qanın laxtalanma faktorları – laxtalanma vaxtı, trombin və protrombin vaxtı və protrombin indeksi, fibrinogen, İNR, APTT və s. avtomatik fotometriya metodu vasitəsilə təyin edilir.

 

Sidiyin ümumi analizi avtomatik analizatorda aparılır. Burada sidiyin fiziki və biokimyəvi göstəriciləri ilə bərabər sidik çöküntüsünün mikroskopik müayinəsi də aparılır.

 

Helmintozların və bağırsaq protozoylarının, mədə-bağırsaq traktında həzm və sorulma proseslərinin pozğunluqlarının dəqiq təyini üçün koproloji müayinələr aparılır. 

 

Uroginekoloji və androloji müayinələrdə geniş istifadə olunan urogenital, prostat vəzi şirəsindən hazırlanmış yaxmaların mikroskopiyası, Kursrok-Miller və Şuvarski sınaqları, spermoqramma, spermada fruktozanın təyini, qanda və spermada antispermal antitellərin təyini və s. müayinələr həyata keçirilir.

 

Sidiyin, nəcisin, bəlğəmin, urogenital və prostat vəzi şirəsindən alınmış yaxmaların, qanın və s. bioloji möhtəviyyatların əkilməsi və 20-dən artıq antibiotikə qarşı həssaslığının təyin edilməsi mikrobioloji laboratoriyanın əsasını təşkil edir.