Vaksinasiya

SƏHHƏT Azərbaycan-Almaniya birgə tibb müəssisəsində aşağıdakı peyvəndlər aparılır:
QPM (Priorix - Belgium)
İPV, Hep B, Hib, GDT (İnfanrix hexa - Belgium)
QPM (Priorix - Belgium); DT (İmovax - Franse) Qrip (Vaksiqrip -SANOFI PASTEUR, Franse)

Peyvənd təqvimi:
2   ay (İPV, HepB, Hib, GDT) İnfanrix Hexa (Belgium)
4   ay - İnfanrix hexa
6   ay - İnfanrix hexa
12 ay (QPM) - Priorix (Belgium)
18 ay - İnfanrix hexa
6 yaş - (QPM, DT) - İmovax (Franсe)

Qeyd:
Hep B- hepatit B əleyhinə
İPV- poliomielit əleyhinə
GDT- göyöskürək, difteriya, tetanus əleyhinə
Hib- haemophillus influenzae əleyhinə
QPM- qızılca, məxmərək, epidemik parotit əleyhinə
DT- difteriya, tetanus əleyhinə

Vaksinasiyadan əvvəl:
Vaksinasiya prosesindən öncə övladınızı həkim müayinəsindən keçirərək onun tam sağlam olduğuna əmin olmalısınız.
Bütün əksgöstərişlər və mümkün ağırlaşmalar haqqında pediatr valideyinlərə öncədən ətraflı məlumat verməlidir.
Uşaqlarınızı peyvəndə aldadaraq deyil, başa salaraq gətirməyə çalışın. Təcrübə göstərir ki, aldadılaraq vaksinasiyaya gətirilən uşaqlar iynə vurularkən müqavimət göstərmələri səbəbindən yerli reaksiyalar onlarda daha çox özünü göstərir.

Vaksinasiya zamanı:
Vaksinasiya olunarkən uşağınızın rahat və sakit uzanmasını və ya oturmasını təmin edin ki, vaksin yeridilərkən iynə tərpənməsin və əlavə yerli reaksiyalar yaranmasın.
İynə yerini ovuşdurmayın!
Leykoplastır yapışdırılanadək iynə yerinə əl dəyməməlidir.

Vaksinasiyadan sonra:
İnyeksiyadan sonra üç gün ərzində uşağınızı çimizdirməyin və iynə yerinə suyun dəyməməsinə nəzarət edin. Bədən hərarətinə nəzarət edin. Əgər hərarətin yüksəlməsi nəzərə çarparsa həkim ilə əlaqə saxlayın.
Əgər inyeksiya yerində qızartı, şişkinlik, bərkimə kimi əlamətlər, həmçinin, uşağın ümumi halında hər hansı dəyişiklik hiss etdiyiniz halda mütləq həkimə xəbər verin.

Əlaqə nömrələri: 012 447 50 92; 012 447 85 55