Nevrologiya

Nevrologiya

Sinir sistemində baş verən və xroniki xarakter daşıyan patoloji dəyişikliklərə nevroloji xəstəliklər deyilir. İnsan orqanizminin bütün sistemlərinin işi və fəallığı sinir sisteminin sağlamlığından asılıdır. Onun fəaliyyətindəki ən kiçik çatışmazlıq belə bir sıra xəstəliklərin inkişafına səbəb ola bilər. Sinir sisteminin vəziyyəti orqanizmdəki digər xəstəliklərin müalicəsinə də təsir göstərir. Nevroloji xəstəliklərin müalicəsi uzunmüddətli və mürəkkəb bir prosesdir, buna görə də onların qarşısının alınması sağlamlığın qorunmasında çox mühüm rol oynayır.

Hansı hallarda nevropatoloqa müraciət etmək lazimdır?

Başağrıları və başgicəllənmələr;

Səbəbsiz halsızlıq, ətraflarda keylik hissi, digər hissi pozulmalar;

Əzələ qüvvəsinin azalması;

Yerişin dəyişməsi, müvazinət pozğunluğu;

Ətraflarda qeyri-ixtiyari hərəkətlər, əsmələr;

Huşun itməsi və qıcolmalar;

Yaddaş pozulmaları;

Yuxu pozulmaları;

İkigörmə;

Səbəbsiz qusma və s.

Diaqnoz yalnız həkim nəzarəti altında təyin edilməlidir. Sadalanan şikayətlərə, başqa xəstəliklər zamanı da təsadüf edilə bilər. Bu halda əsas xəstəlik müalicə olunmasa aparılan müalicənin effekti nəticə etibarilə aşağı düşür.