Oftalmologiya

Oftalmologiya-göz xəstəliklərinin diaqnostikası, müalicə və profilaktikası ilə məşğul olan tibbin bir sahəsidir. 

Görmə qabiliyyətini nə zaman yoxlamaq lazımdır?

Çox vaxt biz yaxşı gördüyümüzü hesab etdiyimiz üçün görmə qabiliyyətini yoxlamağa ehtiyac duymuruq . Lakin, yaxşı görmə hələ görmə sisteminin tam sağlam olmasının göstəricisi deyil. Gözdaxili təzyiq, buynuz qişanın qalınlığı, tor qişanın vəziyyəti.. Bu və digər göstəricilər həkim - oftalmoloq tərəfindən diaqnostika zamanı yığılır və ciddi problemin mövcud olub olmadığını müəyyən etməkdə köməklik edir.

Xəstəlik nə qədər tez aşkar olunsa,  sağalma şansları bir o qədər çox olur. Erkən diaqnostika və düzgün müalicə görmə qabiliyyətinizi qorumağa kömək edər. Məhz buna görə həkim - oftalmoloqlar hətta heç bir şikayət olmadıdqa belə ildə bir dəfə görmə qabiliyyətinin yoxlanmasını vacib sayırlar.

Bundan əlavə, aşağıda sadalanan kateqoriyalar üçün profilaktik oftalmoloq baxışı mütləq sayılır:

hamilə və hamiləliyi planlaşdıran qadınlar;

üşaqlar ( mütləq baxışlar: 1,6,12 aylıqda, 3 yaşında, məktəbdən qabaq və hər il məktəbdə);

yaxındangörmə, uzaqdangörmə, astiqmatizmdən əziyyət çəkənlər;

40 -50 yaşdan yuxarı insanlar ( bu yaşda katarakta, qlaukoma, tor qişanın distrofiyası kimi ciddi xəstəliklərin əmələ gəlməsi riski artır);

hipertoniya və şəkərli diabet xəstəliklərindən əziyyət çəkənlər (bu xəstəliklər görmə qabiliyyətinə mənfi təsir göstərə bilir);

Görmə sisteminin kompüter diaqnostikası göz xəstəliklərini ən tez zamanda aşkar edib onların qarşısını almağa kömək edir.

Diqqət!

Bu simptomların mövcudluğu həkim - oftalmoloqa müraciət etməyin vacib olduğunu göstərir:

gözdə qızarma və yaşarma;

göz qapaqlarının şişkinliyi;

quzehli qişanın rənginin dəyişməsi;

ikigörmə;

gözlərdə ağrı;

gözün qarşısında qığılcımların və boz-qara ləkələrin olması;

işıq mənbəyinin ətrafında rəngli halqalarln olması;

dumanlı, qeyri dəqiq görmə;

periferik görmənin itməsi;

göz və göz ətrafı gızarma;

qaranlıqa pis görmə;

işığa həssaslıq;

göz qarşısında "pərdə".

 "Səhhət" Klinikasında Siz görmə qabilliyətinin kompleks müayinə və diaqnostikasını keçə bilərsiniz.

Sağlam olun!