Cərrahiyyə

Cərrahiyyə,  xəstəliklərin müalicəsində əsasən operativ müdaxilə metoduna  əsaslanan  tibb sahəsidir. Müalicənin effektivliyi  yalnız istifadə olunan preparat və metodikaların keyfiyyətindən  asılı deyil. Vaxtında professional cərraha müraciət etmək vacib şərtdir. Yaddan çıxarmaq olmaz ki, qeyri ciddi xəstəlik olmur. Mövcud xəstəliyə qeyri ciddi yanaşma  vəziyyəti ağirlaşdıra və müalicənin əhəmiyyətini azalda bilər. 

Operativliklə yanaşı müalicənin keyfiyyətli olması üçün vacib  şərt həm də düzgün seçilmiş müalicə kursudur. Səhhət Klinikasının yüksək ixtisaslı peşəkarları  probleminizi müəyyənləşdirib lazımi tibbi yardım göstərməyə hər zaman hazırdırlar.