Pediatriya

Həkim-pediatr hər bir uşağın həyatında birinci həkimdir. Buna görə də  pediatr seçimində  valideyinlər artıq dərəcədə məsuliyyətli olmalıdırlar. 

Pediatriya- tibbin uşaq xəstəliklərinin müalicə və profilaktikası ilə məşğul  olan sahəsidir. Böyüməkdə olan uşaq orqanizminin xüsusiyyətləri, yaşla bağlı dəyişiklikləri, uşağa qulluq, eləcə də uşaqlarda rast gəlinən xəstəliklərin gedişini öyrənmək də bu elmin tərkib hissəsidir.

 Pediatriya şöbəsində aşağıdakı xəstəliklərin müayinə və müalicəsi həyata keçirilir:

Həzm sistemi xəstəlikləri:  qastrit, mədə və 12 barmaq bağırsaq xorası, öd yolları diskineziyaları, xolesistit, pankreatit, kolit, enterit, helmintozlar, disbakterioz

Tənəffüs sistemi xəstəlikləri: kəskin respirator xəstəliklər, bronxit, pnevmoniya, plevrit, bronxial astma, pollinoz və digər allergik problemlər

Birləşdirici toxuma xəstəlikləri: revmatizm, revmatoid poliartrit, sistemli qırmızı qurd eşənəyi, dermatomiozit, düyünlü periarterit

İfrazat sistemi xəstəlikləri: qlomerulonefrit, pieolnefri, nefrotik sindrom

Nevroloji problemlər: uşaqlar və yeniyetmələrdə epilepsiya, epileptiform paroksizmlər, baş ağrıları, somnambulizm,tiklər, enurez, sinir sisteminin bətndaxili inkişaf qüsurları, hiperaktivlik, diqqət zəifliyi sindromu, uşaqlarda fiziki inkişafdan qalma və artiq çəki problemləri, raxit, spazmofiliya, distrofiyalar, hipo və hipervitaminozlar,diatezlər.