Otorinolarinqologiya (LOR) – tibbin burun boşluğu, udlaq, qırtlaq, qulaq xəstəliklərinin müalicə və diaqnostikası ilə məşğul olan bir sahəsidir.
Aşağıda qeyd olunan xəstəliklər LOR xəstəliklərinə aiddir:
· Adenoid
· Faringit, laringit, traxeit
· Burun çəpərlərinin əyriliyi
· Kəskin və xroniki rinitlər
· Allergik və vazomotor rinitlər
· Sinusit
· Xarici otit
· Daxili otit
· Neyrosensor ağıreşitmə
· Angina
· Tonzilit
· Menyer xəstəliyi və s.
LOR xəsətliklərinin simptomları:
· Burun tənəffüsünün çətinləşməsi;
· Burunətrafı hissədə təzyiq hissi;
· Qaşüstü və yanaq nahiyədə şişkinlik;
· İybilmə qabiliyyətinin azalması və ya tamamilə itməsi;
· Burundan ifrazatın axması;
· Burunda quruluq;
· Eşitmənin azalması və ya tam itməsi;
· Qulaqda küy;
· Baş ağrıları və ya baş gicəllənmələri;
· Qulaqdan ifrazatın axması;
· Öskürək;
· Səsin batması və ya xırıltılı olması;
· Boğazda qıcıqlanmalar;
· Çənəaltı limfa vəzilərinin böyüməsi və ya ağrılı olması.
LOR-xəstəliklərinin diaqnostikası
· Endoskopik;
· Ultrasəs;
· Laborator üsullarla aparılır.