Funksional diaqnostika

Elektrokardioqrafiya (EKQ)

 

Ürək əzələsinin hər bir hüceyrəsi öz-özlüyündə sanki kiçik bir elektrik generatoru olub, qıcıq dalğasına cavab olaraq yüklənir və boşalır. EKQ elektrik impulslarının ürək əzələsində yayılmasını göstərərək hüceyrələrin summar işi barəsində məlumat verir.

 

EKQ nəticəsinə əsasən ürək vurğularının requlyarlığı, tezliyi, ürəkdaxili qan dövranının vəziyyəti, ürəyin müxtəlif şöbələrinin hipertrofiyası və s. barəsində məlumat almaq olar.

 

Exokardioqrafiya (ExoKQ)

Exokardioqrafiya – ürək əzələsinin və klapan aparatının ultrasəs vasitəsilə müayinəsidir. Klinikamızda müasir ultrasəs aparatı vasitəsilə exokardioqrafiya müayinəsi aparılır. Aparat ürəyin işi, ölçüləri, divarlarının qalınlığı, magistral damarların vəziyyəti, klapan aparatı barəsində ətraflı məlumat verir. Həmçinin aparat vasitəsilə ürəkdaxili qan dövranının rəngli doppler kartlaşdırılması, ürək boşluqlarında təzyiqin ölçülməsi də aparıla bilər. Ürək nahiyəsində ağrılar, EKQ müayinə zamanı aşkar edilmiş dəyişikliklərin dəqiqləşdirilməsi, auskultasiya zamanı ürəkdə küylərin eşidilməsi, ritm pozğunluqları, hipertoniya xəstəliyi, keçirilmiş infarkt, ürək qüsurları, ürək çatışmazlığı əlamətləri və s. exokardioqrafik müayinənin aparılmasına göstərişdir. Elektrokardioqrafiya və exokardioqrafiya müasir kardiologiyanın əsas diaqnostik metodları hesab edilir.

 

Endoskopiya

 

Diaqnostik müayinələr:

 

Fibroezofaqoskopiya

Fibroezofaqoskopiya + biopsiya

Fibroezofaqoqastroduodenoskopiya

Fibroezofaqoqastroduodenoskopiya + biopsiya

Fibrorektosiqmoskopiya

Fibrorektosiqmoskopiya + biopsiya

Sol tərəfli fibrokolonoskopiya

Sol tərəfli fibrokolonoskopiya + biopsiya

Total fibrokolonoskopiya

Total fibrokolonoskopiya + biopsiya

 

Rentgendiaqnostika

 

Klinikada aşağıdakı müayinələr aparılır:

Ağciyərlərin  rentgenoqrafiyası

Fistuloqrafiya

Histerosalpinqoqrafiya (kontrast maddə ilə)

Kəllənin rentgenoqrafiyası

Onurğa sütununun boyun şöbəsinin rentgenoqrafiyası

Onurğa sütununun döş şöbəsinin rentgenoqrafiyası

Onurğa sütununun bel-oma şöbəsinin rentgenoqrafiyası

Büzdümün rentgenoqrafiyası

Paranazal sinusların rentgenoqrafiyası

Çiyin oynağının rentgenoqrafiyası

Kürək sümüyünün rentgenoqrafiyası

Bazu sümüyünün rentgenoqrafiyası

Dirsək oynağının rentgenoqrafiyası

Mil-bilək oynağının rentgenoqrafiyası

Əl sümüklərinin rentgenoqrafiyası

Çanağın rentgenoqrafiyası

Bud-çanaq oynağının rentgenoqrafiyası

Bud sümüyünün rentgenoqrafiyası

Diz oynağının rentgenoqrafiyası

Aşıq-baldır oynağının rentgenoqrafiyası

Ayaq pəncəsi rentgenoqrafiyası