Urologiya

Urologiya sidik-tənasül sisteminin xəstəliklərinin etiologiyasını və patogenezini araşdıran kliniki təbabətin sahəsidir. Bir çox uroloji xəstəliklər ağrılar, tez-tez baş verən və əziyyətli sidikburaxma, sidikdə yer alan qan və ya çirklə səciyyələnir. İltihab həmçinin bədənin yüksək hərarəti və ümumi halın pisləşməsi ilə müşayiət oluna bilər.

Uroloji xəstəliklərin simptomları:

  • Qarının aşağı hissəsində və oma sümüyündə ağrılar, tez-tez baş verən və əziyyətli sidikburaxma, sidikburaxma zamanı qan ifrazatın çıxması.

  • Sidik kanalında sidikburaxma zamanı güclənən yandırma, gicişmə və ağrı, sidik kanalının bayır dəliyinin qızarması və şişməsi, çirkli və selikli ifrazatlar.

  • Aralıqda və qarının aşağı hissəsində ağrı, tez-tez baş verən və əziyyətli sidikburaxma, cinsi pozğunluqlar.

  • Xaya torbasının iltihab nahiyəsində böyüməsi və ağrıması, tez-tez baş verən sidikburaxma, sidik kanalından ifrazatın çıxması, hərarətin qalxması, baş ağrıları, zəiflik.