
“SƏHHƏT” Azərbaycan-Almaniya klinikası 1999-cu ildən fəaliyyət göstərir və əməyin mühafizəsi və işçi sağlamlığı sahəsində kompleks tibbi həllər təqdim edir.
Müasir dövrdə istehsalat xəsarətləri və peşə xəstəlikləri sosial və iqtisadi risklər yaradır. SƏHHƏT klinikası bu sahədə ekspert olaraq müəssisələrə sənaye təbabəti, profilaktik müayinələr və təhlükəsizlik tədbirlərini birləşdirən vahid xidmət paketi təqdim edir.
1. Ambulator-poliklinik xidmətlər
mütəxəssis konsultasiyaları
diaqnostik müayinələr
tibbi prosedurlar
Şəxsi məlumatların məxfiliyinə tam zəmanət verilir.
2. Check-up müayinələri
Profilaktik tibbi müayinələr və dövri yoxlamalar.
Nazirliyin 46 saylı əmrinə uyğun və OEUK sertifikatlı həkimlər tərəfindən offshore check-up.
3. İlk tibbi yardım təlimləri (First Aid)
Amerika Ürək Assosiasiyasının BLS standartlarına uyğun nəzəri və praktiki təlimlər.
4. İş yerlərinin attestasiyası
zərərli faktorların müəyyən edilməsi
əmək şəraitinin qiymətləndirilməsi
kompensasiyaların əsaslandırılması
qanunvericiliyə uyğun sənədləşmə
5. Müəssisələrdə tibb məntəqələrinin təşkili
sanitar-gigiyenik nəzarət
peşə xəstəliklərinin profilaktikası
fövqəladə tibbi yardım
SƏHHƏT klinikası uzun illərin təcrübəsi ilə müəssisələrdə təhlükəsiz və sağlam iş mühitinin formalaşdırılmasına töhfə verir.

ISO 7101 sertifikatı
Ətraflı
Tədbirdə tibbi dəstək
Ətraflı
Səyyar check-up müayinələri
Ətraflı