
20 fevral 2025-cil tarixində “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi tərəfindən ISO 7101:2023 Səhiyyə təşkilatının idarə edilməsi - Səhiyyə təşkilatlarında keyfiyyəti idarəetmə sistemləri - Tələblər” adlı beynəlxalq standartın Azərbaycan dilinə tərcüməsinin təqdimatı mərasimi keçirilib.
Təqdimat mərasimində dövlət qurumlarının rəhbər və əməkdaşları, aidiyyatı sahənin mütəxəssisləri, özəl səhiyyə və tibb müəssisələrinin rəhbər şəxsləri iştirak edib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktorunun müavini Araz Nəsirova son illər ölkədə səhiyyə sahəsində həyata keçirilən islahatlardan, səhiyyənin inkişafına dövlət tərəfindən göstərilən qayğı və diqqətdən, yaradılan şəraitdən və bu istiqamətdə görülən işlərdən danışıb.
Tədbirdə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Rəşad Mahmudov səhiyyənin inkişafı və problemləri ilə bağlı bir sıra vacib məsələlərə toxunub və ölkədə bu sahədə həyata keçirilən islahatlar və görülən tədbirlərdən danışıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Təlim və Tədqiqatlar Departamentinin Rəhbəri Teymur Mirzəbəyli sağlam cəmiyyətin formalaşmasında səhiyyənin rolundan, peşəkar tibbi kadrların hazırlanması sahəsində əldə edilən nailiyyətlərdən bəhs edib, səhiyyə və tibb müəssisələrində beynəlxalq standartların tətbiqinin vacibliyini qeyd edib.
Tədbirdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) ) Layihələrin idarə olunması şöbəsinin rəhbəri Fəqan Həsənzadə və Azərbaycan Standartlaşdırma İnstitutunun direktor əvəzi Kəmalə Məmmədzadə çıxış ediblər.
Hər iki çıxışçı adı keçən standartın xəstəxanalar, klinikalar və digər səhiyyə xidmətləri göstərən müəssisələr üçün universal tələblər toplusu kimi faydalı mənbə olacağını diqqətə çatdırıblar.
Daha sonra Keyfiyyət Assosiasiyasının səhiyyə müəssisələrində beynəlxalq standartların tətbiqi üzrə məsləhətçi, auditor və təlimçisi Günay Paşanın təqdimatında ISO 7101 beynəlxalq standartı, onun strukturu, məqsədi, hədəf auditoriyası, faydaları haqqında məlumat verilib. Tədbirdə səhiyyə təşkilatlarında keyfiyyətin önəmi və beynəlxalq standartların tətbiqi mövzusunda maraqlı çıxışlar dinlənilib.
Tədbirdə ölkəmizdə ilk dəfə ISO 7101 beynəlxalq standartını tətbiq etmiş “Səhhət” Azərbaycan-Almaniya tibb klinikasına və OKİ Hospitala sertifikatlar təqdim edilib. Sertifikatlar INCERT sertifikatlaşdırma şirkətinin direktoru Şamo Muradov tərəfindən təqdim edilib. Ş. Muradov “Səhhət” klinikasında və OKİ Hospitalda keçirilən audit və sertifikatlaşdırma prosesindən bəhs edib. Bundan sonra söz “Səhhət” Azərbaycan - Almaniya klinikasının direktoru Malik Kərimova verilib.
O, çıxışında rəhbərlik etdiyi klinikada ISO 7101 standartının tətbiqi və onun faydaları barədə iştirakçılara məlumat verib.
Təqdimat mərasimi maraqlı müzakirələr və iştirakçıların suallarının cavablandırılması ilə başa çatıb.

Tədbirdə tibbi dəstək
Ətraflı
Korporativ tibbi xidmətlər
Ətraflı
Səyyar check-up müayinələri
Ətraflı