İş yerlərinin attestasiyası

İş yerlərinin attestasiyası

Əmək şəraitinin qiymətləndirilməsi, risklərin müəyyən edilməsi və normativ tələblərə uyğunluğun təmin olunması.

Bizimlə Əlaqə Saxlayın

Biz kimik?

Sizi istehsalatda sağlamlıq və təhlükəsizliyi prioritet hesab edən “Səhhət” Azərbaycan-Almaniya MMC -nin rəsmi səhifəsində salamlayırıq!

Biz iş yerlərində əmək şəraiti və istehsalat amillərinin ölçülməsi, əməyin ağırlığının və gərginliyinin qiymətləndirilməsi, həmçinin attestasiya prosesinin A-dan Z-yə kimi qanunvericilik tələblərinə uyğun həyata keçirməkdə şirkətin yaratdığı attestasiya komissiyasına dəstək göstərilməsi üzrə ixtisaslaşmış peşəkar komandayıq. Missiyamız yalnız rəsmi yoxlamaları aparmaq deyil, həm də müəssisəniz üçün sağlam və təhlükəsiz iş mühitinin qurulmasına kömək etməkdir. Çünki sağlam mühit həm işçilərin rifahına, həm də ümumi məhsuldarlığa birbaşa təsir edir.

Akkreditasiya Attestatı və Akkreditasiya Sahəsi ilə tanış olmaq üçün:

https://accreditation.gov.az/az/uygunlugun-qiymetlendirilmesi/inspeksiya_orqanlari

Biz kimik?

Xidmətlərimiz

Peşəkar komandamız və müasir avadanlıqlarımızla ən yüksək keyfiyyətli xidmət təqdim edirik

İş yerlərinin attestasiyası

İş yerlərinin attestasiyası

Zərərli və (və ya) təhlükəli istehsalat amillərinin aşkar edilməsi və iş şəraitinin əməyin mühafizəsi üzrə dövlət normativ tələblərinə uyğunlaşdırılması üçün tədbirlərin həyata keçirilməsi məqsədilə iş yerlərində əmək şəraitinin qiymətləndirilməsidir.

Zərərli və təhlükəli istehsalat faktorlarının instrumental ölçülmələri

Zərərli və təhlükəli istehsalat faktorlarının instrumental ölçülmələri

İstehsalat mühitinin fiziki, kimyəvi amilləri üzrə instrumental ölçmələrin və tədqiqatların tam kompleksi həyata keçirilir. Bu ölçmələr həm iş yerlərinin attestasiyası və istehsalat nəzarəti çərçivəsində, həm də müəssisələrin fərdi müraciətləri əsasında icra olunur, nəticələr rəsmi protokollarla sənədləşdirilir.

İstehsalat (sənaye) nəzarəti (İN)

İstehsalat (sənaye) nəzarəti (İN)

İşəgötürən tərəfindən həyata keçirilən, işçilərin əmək şəraitinin yaxşılaşdırılmasına, zərərli və təhlükəli amillərin səviyyəsinə nəzarət edilməsinə, peşə xəstəliklərinin profilaktikasına və sanitariya-epidemioloji tələblərə riayət olunmasına yönəlmiş praktiki tədbirlər kompleksidir.

Niyə bizi seçirlər?

Peşəkar komandamızla təqdim etdiyimiz hərtərəfli xidmətlərin üstünlükləri

Prosesə Tam dəstək:

Prosesə Tam dəstək:

Müəssisəyə İYA hazırlıq və bütün mərhələlərində lazımi əmrlərin, qərarlarin və iş qrafiklərinin hazırlanmasına kömək edirik.

İş mühitinin qiymətləndirilməsi:

İş mühitinin qiymətləndirilməsi:

Fiziki, kimyəvi amillərin instrumental ölçmələrini, psixofizioloji faktorların qiymətləndirilməsini və bunlar əsasında əmək şəraitinin gigiyenik qiymətləndirilməsini aparırıq.

Əmək şəraitinin sağlamlaşdırılması və yaxşılaşdırılması üzrə tədbirlər planı:

Əmək şəraitinin sağlamlaşdırılması və yaxşılaşdırılması üzrə tədbirlər planı:

Nəticələr əsasında iş şəraitini yaxşılaşdırmaq, riskləri azaltmaq və bütün iş yerlərinin əmək mühafizəsi üzrə tələblərə uyğunlaşdırılmasını nəzərdə tutan tədbirlər planı hazırlayırıq.

Güzəşt və kompensasiyaların verilməsinin əsaslandırılması:

Güzəşt və kompensasiyaların verilməsinin əsaslandırılması:

Qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək şəraiti ağır və/və ya zərərli olan işlərdə məşğul olan işçilərə güzəşt və kompensasiyaların təyini və ləğvinin əsaslandırılması.

Sənədləşmə:

Sənədləşmə:

Attestasiya ilə bağlı bütün sənədləri biz hazırlayırıq ki, siz biznesinizin əsas istiqamətlərinə fokuslana biləsiniz.

Qanunvericilik Tələbləri

İş yerlərinin attestasiyası ilə bağlı əsas qanunvericilik və tələblər