
Təhlükəsiz iş mühiti üçün düzgün qiymətləndirmə
Свяжитесь с намиtest 23
test asdsadasd

Почему выбирают нас?
Мы предоставляем услуги высочайшего качества с нашей профессиональной командой и современным оборудованием
Ölçmələr kalibrlənmiş və yüksək dəqiqlikli cihazlarla aparılır. Bu, real risklərin düzgün müəyyən edilməsinə və səhv nəticələrin qarşısının alınmasına imkan yaradır.
Komandamız sənaye gigiyenası və əmək təhlükəsizliyi sahəsində ixtisaslaşmış mütəxəssislərdən ibarətdir. Hər layihə müəssisənin fəaliyyət xüsusiyyətləri nəzərə alınaraq fərdi yanaşma ilə həyata keçirilir.
“SƏHHƏT” Azərbaycan-Almaniya MMC rəsmi akkreditasiyadan keçmiş A tipli inspeksiya orqanıdır. Bu, aparılan ölçmə və attestasiya nəticələrinin dövlət qurumları tərəfindən qəbul edilməsinə və hüquqi qüvvəyə malik olmasına zəmanət verir.
Наши услуги
Комплексные услуги, предоставляемые нашей профессиональной командой
Müəssisəyə yalnız qiymətləndirmə təqdim olunmur, həm də real həllər təklif edilir. Əmək şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər planı hazırlanır, yoxlamalara hazırlıq aparılır və təhlükəsizlik sistemlərinin qurulması ilə bağlı məsləhətlər verilir. Müştərilərə 5 il müddətində konsultasiya və müşayiət xidməti göstərilir.
Aparılmış bütün ölçmə və qiymətləndirmələr normativ tələblərə uyğun sənədləşdirilir. Laborator ölçmə protokolları, attestasiya pasportu və iş yerlərinin xəritələri hazırlanır, həmçinin müvafiq dövlət qurumlarına təqdim edilməli hesabatlar tərtib olunur. Bu sənədlər yoxlama və auditlər zamanı hüquqi əsas rolunu oynayır.
Qiymətləndirmə nəticələrinə əsaslanaraq qanunvericiliyə uyğun rəsmi attestasiya həyata keçirilir. İş yerlərinin sinfi müəyyən edilir, kompensasiya və güzəştlər əsaslandırılır və işçilərin hüquqlarının qorunmasına yönəlmiş hüquqi mexanizm formalaşdırılır. Attestasiya eyni zamanda işəgötürənin hüquqi risklərini minimuma endirməyə kömək edir.
Toplanmış ölçmə nəticələri əsasında iş yerlərinin təhlükəsizlik və gigiyena normalarına uyğunluğu qiymətləndirilir. İş prosesinin ağırlığı və gərginliyi, bioloji risk faktorları və fərdi mühafizə vasitələrinin effektivliyi təhlil olunur. Bu mərhələ müəssisədə mövcud risklərin müəyyən edilməsinə və onların idarə olunmasına xidmət edir.
İstehsalat mühitində işçilərin sağlamlığına təsir göstərə biləcək fiziki və kimyəvi faktorlar müasir ölçmə cihazları vasitəsilə müəyyən edilir. Mikroiqlim göstəriciləri, işıqlanma səviyyəsi, səs-küy, vibrasiya, müxtəlif növ şüalanmalar, kimyəvi maddələr və aeroion tərkibi təhlil olunur. Bu ölçmələr risklərin erkən mərhələdə aşkar olunmasına və peşə xəstəliklərinin qarşısının alınmasına imkan yaradır.
Правовые требования
Основное законодательство и требования, связанные с сертификацией рабочих мест