
SƏHHƏT Klinikası fizioterapiya xidmətləri təklif edir: masaj, elektrostimulyasiya, lazer terapiyası, maqnitoterapiya, darsonval və reabilitasiya üsulları.
Fizioterapiya — təbii və ya süni üsulla alınmış fiziki amillərdən istifadə etməklə orqanizmə bərpaedici və gücləndirici təsir göstərən tibbi müalicə sahəsidir.
Bu sahə təkcə profilaktika və reabilitasiya üstünlükləri ilə deyil, həm də digər müalicə üsullarına nisbətən yüksək effektivliyi ilə fərqlənir. Ən mühüm üstünlüklərindən biri isə eyni metodun bir çox müxtəlif xəstəliklərin müalicəsində tətbiq olunmasıdır.
Fizioterapiya aşağıdakı hallarda tətbiq olunur:
orqan və toxumaların yarımkəskin və xroniki iltihabi xəstəliklərində,
dayaq-hərəkət aparatı və onurğa travmalarında,
funksional pozğunluqlar zamanı,
mərkəzi və periferik sinir sistemi xəstəliklərində,
periferik damarların obliterasiyaedici xəstəliklərində və s.
Əks göstərişlər:
bədxassəli törəmələr, qanın sistem xəstəlikləri, qanaxma və ya qanaxma şübhəsi, vərəmin aktiv forması, ürək-damar və tənəffüs çatışmazlığının ağır mərhələləri, qaraciyər və böyrək çatışmazlığı, infeksion xəstəliklər, yüksək hərarət və kaxeksiya.
Zərbə-dalğalı terapiya
Qalvanoforez
Fonoforez
Elektrostimulyasiya
Kvant terapiya (lazer terapiya)
Maqnitoterapiya
Ultra yüksək tezlikli dalğalarla müalicə (UHF)
Amplipuls (Tens, SMC)
Sollyuks
Darsonval
İnqalyasiyalar (ultrasəs və kompressor)
Parafinlə müalicə
Ümumi kvars
Soyuq kvars
İynə terapiyası
Masaj
📞 Əlaqə nömrələri:
012 447 50 92; 012 447 85 55