Urologiya

Urologiya

SƏHHƏT Klinikası uroloji xəstəliklərin diaqnostika və müalicəsini həyata keçirir: prostatit, sidik yolları infeksiyaları, cinsi disfunksiya, ağrı və iltihab problemləri.

Urologiya – sidik-tənasül sisteminin xəstəliklərinin etiologiyası və patogenezini araşdıran kliniki təbabətin sahəsidir. Uroloji xəstəliklər tez-tez ağrı, sidikburaxmada çətinlik, sidikdə qan və çirk qarışıqları ilə müşayiət olunur. İltihabi hallarda bədənin hərarəti yüksələ bilər və ümumi vəziyyət pisləşə bilər.

Uroloji xəstəliklərin simptomları

  • Qarının aşağı hissəsində və oma sümüyündə ağrı, tez-tez və çətin sidikburaxma, sidikdə qan ifrazı.

  • Sidik kanalında sidikburaxma zamanı yanma, qaşınma, ağrı; sidik kanalının bayır dəliyində qızartı və şişkinlik, selikli və ya çirkli ifrazatlar.

  • Aralıqda və qarının aşağı hissəsində ağrı, tez-tez və ağrılı sidikburaxma, cinsi pozğunluqlar.

  • Xaya torbasında iltihab səbəbindən böyümə və ağrı, tez-tez sidikburaxma, sidik kanalından ifrazat, hərarətin qalxması, baş ağrısı, zəiflik.

📞 Əlaqə nömrələri:
012 447 50 92; 012 447 85 55

Urologiya, prostat, sidik yolları xəstəlikləri və müalicəsi