
Arterial təzyiqin sutkalıq monitorinqi (ATSM): nədir və kimlərə lazımdır?
ATSM — arterial təzyiqin 24–48 saat ərzində xüsusi portativ cihazla fasilələrlə ölçülüb ya...
ƏtraflıHisteroskopiya haqqında
Histeroskopiya — uşaqlığın daxili səthinin (endometriumun) müayinə metodudur. Uzun elastik başlıqlı videosistem – histeroskop uşaqlıq yolundan uşaqlıq boynuna və oradan uşaqlığa daxil edilir; başlıqda kamera və işıq qaynağı var və həkim daxili səthi ekranda izləyir. Müayinə həm diaqnostik, həm də terapevtik məqsədlərlə aparılır.
Göstərişlər:
Qeyri-mütəmadi və ya intensiv menstruasiya (hipermenoreya/menorragiyа)
Qadınlarda sonsuzluq
Mioma, çapıq, polip və digər törəmələrin xaric edilməsi
Endometrium anomaliyalarının aradan qaldırılması
Doğuşdan sonra cift qalıqlarının təmizlənməsi
Kontraseptivlərin daxil edilməsi (spiral/implant)
Uşaqlıq borularının keçiriciliyinin qiymətləndirilməsi
Baxış zamanı biopsiya üçün kiçik toxuma parçası götürülə bilər.
Əks göstərişlər:
Uşaqlıq yolu, uşaqlıq boynu və ya uşaqlıqda iltihab/infeksiya
Ağır somatik xəstəliklər (qaraciyər, böyrək, ÜDK və s.), ağır ümumi vəziyyət
Uşaqlıq boynunda böyük törəmələr, uşaqlıq boynunun daralması
İnkişaf edən hamiləlik
Uşaqlıqdan intensiv qanaxma
15 yaşdan kiçik qızlarda histeroskopiya məsləhət görülmür
Necə hazırlaşmalı?
Müayinə adətən menstruasiyadan 3–5 gün sonra aparılır.
1 həftə əvvəl: yerli dərmanlar (şamlar, spreylər), intim gellər, yerli kontrasepsiya dayandırılır.
2 gün əvvəl: cinsi əlaqə olmamalıdır.
Törəmənin çıxarılması planlanırsa qısa stasionar qalma tələb oluna bilər; diaqnostik baxış çox vaxt anesteziyaya ehtiyac duymur.
Müayinədən sonra:
Tampon istifadə etməyin, gigiyenik bezlər seçin
3 gün cinsi əlaqə olmamalıdır
Hamam/sauna/isti vanna tövsiyə olunmur
Ağırlaşmalar (nadir, ≈1%):
Uşaqlığın perforasiyası, qanaxma
Uşaqlığın infeksiyalaşması, xroniki xəstəliklərin kəskinləşməsi
Qazlı histeroskopiyada havanın damar daxilinə keçməsi
Allergik reaksiyalar, anesteziyaya bağlı təsirlər
Prosedurun gedişi:
Planlı hallarda laborator analizlər (qan, sidik, yaxma), flüoroqrafiya, EKQ aparılır, anesteziya növü seçilir; müayinə acqarına keçirilir.
Gerekərsə, təcili və ya ambulator şəraitdə, lakin stasionara köçürmə imkanı olmalıdır.
Uşaqlıq xüsusi qaz və ya maye ilə genişləndirilir; təxminən 5 mm diametrli histeroskop daxil edilir.
Sonra yüngül sancılar və 2–3 gün az qanaxma ola bilər.
Histeroskopiya ümumilikdə təhlükəsiz üsuldur; düzgün nəticə və minimal risk üçün mütləq təcrübəli mütəxəssis tərəfindən aparılmalıdır.
Müəllif: Əlixanova Səidə, həkim-ginekoloq, SƏHHƏT klinikası


ATSM — arterial təzyiqin 24–48 saat ərzində xüsusi portativ cihazla fasilələrlə ölçülüb ya...
Ətraflı
Holter monitorinqi — ürək ritminin 24 saat və daha uzun müddət fasiləsiz EKQ yazısı ilə iz...
Ətraflı
Hirsutizm — qadınlarda kişi tipli tüklənmə ilə xarakterizə olunan hormonal pozğunluqdur. S...
Ətraflı
Keratokonus — buynuz qişanın nazilməsi və konus formasını alması ilə xarakterizə olunan de...
Ətraflı