Dərc olunma tarixi 28.09.2017

1, 2, 3 və 14 oktyabr tarixlərində SƏHHƏT klinikasında Almaniyadan dəvət olunmuş radiologiya üzrə ekspert professor Dr. Franz Fobbe tərəfindən beynəlxalq tibbi standartlara uyğun master-klasslar keçiriləcək.
Təlimlər radiologiyanın əsas sahələrini əhatə edəcək: ənənəvi rentgenoqrafiya, kompüter tomoqrafiyası, ultrasəs müayinəsi (USM), həmçinin USM nəzarəti altında punksiya götürülməsi.
Professorun əsas fəaliyyət istiqamətləri diaqnostik vizualizasiya və intervension radiologiyanı əhatə edir: regional və lokal kimyaterapiya, portal hipertenziyanın müalicəsi, arterial və venoz damar müdaxilələri.
Bundan əlavə, boz və rəngli dupleks USM, diaqnostik və intervension ultrasəs müayinələri, aşağı ətrafların dərin damarları və çanaq damarlarının diaqnostik vizualizasiyası üzrə geniş təcrübəyə malikdir.
Qeydiyyat mütləqdir.
Əlaqə nömrələri:
+994 12 447 85 55
+994 12 447 50 92
Ünvan: Qara Qarayev küç., 103

ISO 7101 sertifikatı
Ətraflı
Tədbirdə tibbi dəstək
ƏtraflıKorporativ tibbi xidmətlər
Ətraflı